Lənkəranda dəniz kənarında 8 ədəd mina tapıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda dəniz kənarında 8 ədəd mina tapıldı – FOTO

09:54 - 06 / 01 / 2017
Lənkəranda dəniz kənarında 8 ədəd mina tapıldı – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Lənkəran rayonunda apardığı əməliyyatla bağlı yeni məlumat yayıb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, Lənkəran şəhərində dəniz kənarına baxış zamanı 7 ədəd TM-62M və 1 ədəd TM-57 tank əleyhinə mina aşkar edilərək götürülüb.

Nəticə etibarilə 1 600 kv.m. ərazi yoxlanılıb.

Qeyd edək ki, ümumilikdə Agentlik tərəfindən 1 - 5 yanvar 2017-ci il tarixlərində Füzuli rayonu və  Lənkəran şəhərində 1 otlaq sahəsinə və dəniz kənarına baxış keçirilib, 9 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2.700 kv.m ərazi yoxlanılıb.

1news.az

Paylaş:
647

Son xəbərlər

Bütün xəbərlər