Lənkəranda atışma olub, 1 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda atışma olub, 1 nəfər yaralanıb

22:44 - 06 / 01 / 2017
Lənkəranda atışma olub, 1 nəfər yaralanıb

Axşam saatlarında Lənkəranda atışma hadisəsi baş verib.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Bürcəli kəndində qeydə alınıb.

Atışma nəticəsində 1985-ci il təvəllüdlü Abbasov Taleh Rəfqan oğlu odlu silah yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat otağına göndərilib.

Zərərçəkənin atasının sözlərinə görə, oğlu 4 nəfərlə mübahisə edib və bu zəmində ona atəş açılıb.

1news.az

Paylaş:
781

Son xəbərlər

Bütün xəbərlər