10 yaşlı Nurayla bağlı Ədliyyə Nazirliyində tədqiqata başlanılıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

10 yaşlı Nurayla bağlı Ədliyyə Nazirliyində tədqiqata başlanılıb - FOTO - VİDEO

15:19 - 07 / 01 / 2017
10 yaşlı Nurayla bağlı Ədliyyə Nazirliyində tədqiqata başlanılıb - FOTO - VİDEO

10 yaşlı Nuray Bayramzadənin xalasından alınaraq atasına verilməsi zamanı Quba icra şöbəsinin icra məmurlarının etdiyi hərəkətlər ilə bağlı Ədliyyə Nazirliyində daxili tədqiqat aparılır.

1news.az xəbər verir ki, bu barədə “Report”a nazirlikdəki mənbədən bildirilib.

Məlumata görə, araşdırmanın yekunu olaraq zəruri tədbirlər görüləcək:

“Əgər bu məsələdə günahkarlar varsa, onlar cəzalandırılacaq”.

Xatırladaq ki, Quba Rayon Məhkəməsində baş verən hadisə ilə bağlı Ombudsman Aparatı da məlumat yayıb. Məlumatda deyilir:

“İnternet portallarında və sosial şəbəkələrdə yayılmış videoda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Quba icra şöbəsinin icra məmurları tərəfindən məhkəmə qərarının icrası zamanı 10 yaşlı Bayramzadə Nuray Əvəz qızına qarşı azyaşlı uşağın psixoloji durumu və vəziyyəti, keçirdiyi sarsıntılar nəzərə alınmadan kobudluğa yol verildiyi, bu hərəkətlərə yol verməklə ölkəmizin qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyasının, Azərbaycan Respublikası Konstitusiyasının və Uşaq Hüquqları haqqında Qanunun və digər qanunvericilik aktlarının tələblərinin pozulması halları müşahidə edilib”.

Bununla bağlı, Ombudsman tərəfindən məsələ dərhal nəzarətə götürülüb, qeyd olunan halların təcili araşdırılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatların bildirilməsi üçün Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə rəsmi müraciət edilib.

Eyni zamanda, uşağın xalası ilə telefonla əlaqə saxlanılıb, Nurayın kadrlar çəkilən gündən xalası ilə qaldığı müəyyənləşdirilib, Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları Nuray və xalası ilə görüşmüşlər və uşaqla bağlı hər hansı bir narahatlıq halları müşahidə edildiyi zaman 24 saat ərzində Ombudsmana və onun uşaq hüquqları üzrə qaynar xəttinə müraciət etməsi bildirilib.

Hazırda N.Bayramzadə ilə bağlı məsələ Ombudsmanın nəzarətindədir.

1news.az

<iframe width="650" height="420" src="https://www.youtube.com/embed/baATHknBKy4" frameborder="0" allowfullscreen></iframe>

Paylaş:
607

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər