PİSA nəyi dəyişir? | 1news.az | Xəbərlər
Cəmiyyət

PİSA nəyi dəyişir?

15:57 - 07 / 01 / 2017
PİSA nəyi dəyişir?

Dünyada təhsillə bağlı ən çox müzakirə mövzularından biri PİSA-dır. İngiliscə 4 hərfdən ibarət olan bu qiymətləndirmə meyarı ilə dünyanın inkişaf etmiş ölkələri öz gələcəyinə baxır.

Təsadüfi deyil ki, elə bu məqsədlə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) PİSA proqramı 15 yaşlı şagirdlərin bilik və bacarıqlarını ölçür. Bu yaşda uşaqların riyaziyyat, oxuyub anlamaq və təbiət fənləri üzrə biliklərini müəyyənləşdirən PİSA ən etibarlı platforma hesab olunur. PİSA həm də yeni əsrin  bacarıqlarını ölçür. Buna görə də PİSA-nın nəticələrini təkcə müəllimlər deyil, ölkə rəhbərliyi səviyyəsində müzakirə edirlər və bununla da “insan kapitalı hansı səviyyədədir” sualına cavab axtarırlar.

PİSA-nın təhsildən sorğuladığı ana suallar bunlardır - biliklərimizi necə istifadə edirik, displinlərarası düşünə bilirikmi? Əzbərləməyə əsaslanan təhsil nə qədər faydalıdır?

2000-ci ildən başlayaraq hər 3 ildən bir keçirilən PİSA sınaqlarında iştirakçı ölkələrin sayı getdikcə artır. 2015-ci ildə dünyanın 72 ölkəsindən 540 min şagird bu proqrama qatılıb.

Adətən, PİSA - da uğurlu göstəriciləri olmayan ölkələr məktəb öncəsi təhsili, müəllim, təhsilin məzmunundan qaynaqlanan problemləri daha çox diqqət mərkəzinə gətirirlər. Məsələn, 72 ölkə arasında 53-cü yeri tutan Türkiyədə PİSA-ya qatılan 5300 şagirdin hər ikisindən biri oxuduğunu anlamadığı üzə çıxıb. Bunun gündəlik həyatdakı təsirləri isə insanlararası kommunikasiya problemlərinə zəmin olur.

2015-ci ilin PİSA nəticələrini ölkələr üzrə daha detallı araşdırsaq, aşağıdakı mənzərəni görərik.

Fənn bilikləri üzrə:

İƏİT (OECD)  ölkələrində təhsil alan şagirdlərin 100/7,7 elmi biliklər üzrə ən yüksək nəticələri qazanıblar. PİSA nəticələrində ilk yeri tutan Sinqapurda 4 şagirdən biri, Tayvan, Yaponya, Finlandiyada 7 şagirddən biri bu səviyyədədirlər. 20 ölkədə isə şagirdlərin sadəcə yüzdə birindən azı ən yüksək nəticəni qazanıb. Bu ölkələrdən biri də Türkiyədir. Tükiyədə bu nisbət 100/0,3-dür.  Finlandiya elmi nəticələrə görə, qızların oğlanlardan irəlidə olduğu yeganə ölkə olub.

Riyaziyyat üzrə:

Sinqapur, Honq Konq (Çin), Makao (Çin) ve Tayvan riyaziyyat üzrə əsas yerləri bölüşür. Yaponiyalı şagirdlərin göstəriciləri İƏİT (OECD) ölkələri arasında ən yaxşısıdır.

Oxuyub anlama:

Sinqapur, Honq Konq (Çin), Kanada ve Finlandiya oxuyub anlamada ən yaxşı performansı göstərən ölkələr olub. İrlandiya, Estoniya, Cənubi Koreya, Yaponiya və Norveç də OECD ortalamasının üzərindədirlər, 41 ölkə isə OECD ortalamasından aşağı nəticə göstəriblər. OECD ölkələri arasında Kanada və Finlandiya ən yaxşı, Türkiyə ve Meksika isə ən sonda gəlir.

PİSA nəticələri nəyin xəbərçisidir?

Bu nəticələr ölkənin elm və texnologiya istehsalı yanaşmasında gələcəyini  işarə edir. Məsələn, bu nəticələrə qardaş ölkə Türkiyənin misalında  baxaq. Əgər PİSA-ya  qatılan ölkələrin yüksək nəticə göstərmə  faizi 100-lük şkala üzrə 15,3-dürsə, bu göstərici Türkiyədə 1,6-dır. Oxuduğunu anlamayan və ya yanlış anlayan şəxs kommunikasiyanı, deməli, nə istədiyini başa düşmür. Sualı anlamaq isə mövzunun yarısı deməkdir.

Bu gün və şübhəsiz ki, hər zaman riyaziyyatı  bilməyən bir toplumun elmi gücü, texnologiyanı istehsal etməsi, rifah içində yaşaması mümkünsüzdür. PİSA nəticələri ona da şahidlik edir ki, yeni əsrin gerçəkliyində riyazi analiz qabiliyyəti olmadan yaradıcı düşünən mühəndis, müəllim, həkim, tarixçi, kulturoloqu tapmaq çətin olacaq.

Çox  az oxuyan, oxuduğunu anlamayan, yazı vərdişləri olmayan və yalnız duyduğu ilə kifayətlənən əzbərçi zehniyyət dünyanın yeni matrisasını başa düşə bilməz. Bu  həm də cəmiyyətdə şiddətin, yadlaşmanın və digər qeyri-mütənasib kommunikasiyanın (əslində diskommunikasiyanın) açar sözləridir.

Niyə Sinqapur?

2015-ci ildə PİSA nəticələrinə görə, ilk yerdə Sinqapur durur. Niyə? Bu suala Sinqapurun Nanyang Texnoloji Universitetinin professoru Sing Kong Leenin təbirincə  cavab versək, deyə bilərik ki, əsas məsələ müəllim keyfiyyətidir. Lee hesab edir ki, Sinqapur keyfiyyətli təhsil sistemini qurmaq üçün uzun məsafə qət edib və bunun üçün böyük investisiyalar qoyub. Başlıcası o idi ki, müəllim olacaq şəxslər məzunlarının ən bacarıqlılarından seçilir.

Sinqapurla yanaşı, digər Asiya ölkələrinin PİSA nəticələrində öndə olması təsadüfi deyil. Sinqapur il ərzində bir şagirdə xərclədiyi maliyyənin miqdarına görə (14 min dollar) dünyada ilk yerlərdə qərarlaşır. Asiyanın güclü inkişaf tempi nümayiş etdirən ölkələrinin iqtisadiyyatı illik ortalama 5-7% artarkən, qərb ölkələrində bu nisbət 1-3%-dir. “The New York Times” qəzetində dərc olunan məqalədə qeyd olunduğu kimi, çinli şagirdlər Evklid teoremlərini əzbər bildikləri və həndəsədə çox bacarıqlı olduqları halda, amerikalı həmyaşıdları təhsil göstəricilərinə görə, dünyada 15-31-ci sıralarda qərarlaşırlar. Beləliklə, Çin və Cənubi Asiya ölkələrindəki şagirdlərin uğurunun  sirri çox çalışmaq, disiplinli təhsil və TV-ni az izləmələridir.

Və nəhayət.. sonluq əvəzi

PİSA-da nəticələr qazanmaq üçün oxuyub anlamaq bacarığı, edərək öyrənmək, analitik düşünmə, tənqidi təfəkkür, esse yazmaq vərdişləri təməl şərtlərdir. Bu şərtlər  mexaniki əzbərləmə vərdişləri aşılayan “hə” və “yox”un alternatividir.

Yeri gəlmişkən, bu tədris ili ölkəmizdə  IX siniflərin buraxılış imtahanları yeni qaydada olacaqdır. Bu mərhələdə şagirdlərimiz buraxılış imtahanını- oxuyub anlamaq, esse yazmaq, açıq sualları cavablandırmaqla verəcəklər. Yeni vərdişlər gələcək PİSA nəticələri üçün münbit zəmin olmaqla yanaşı, heç də 2018-ci ildə keçiriləcək PİSA-dan yeniyetmələrimizin  ekstra uğur qazanacaq anlamına gəlməməlidir. İmtahanlarda “nə soruşulacaq, ona uyğun  cavab veriləcək” məntiqinə əsaslanaraq deyə bilərik ki, təhsilin yeni məzmun standartlarının dayandığı təməl paradiqmaya uyğun suallar qoyulduğu halda, şagirdlərimiz bunu əxz edəcək və  deməli, yaxın gələcəkdə PİSA şkalasında layiqli yerlərini tutacaqlar.

1news.az

Paylaş:
6962

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər