Nurayın atası: “Uşaq məndən imtina etdi” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nurayın atası: “Uşaq məndən imtina etdi”

17:32 - 07 / 01 / 2017
Nurayın atası: “Uşaq məndən imtina etdi”

“Mən Rübabə Xudaverdiyeva ilə 2004-cü ildə ailə qurmuşam. 2007-ci ildə keçmiş həyat yoldaşım Bakıdakı evimizi tərk edərək Qubaya gedib. O, evi tərk etməsinə səbəb kimi mənim xəstəxananın gecə növbəsində çalışmağımı göstərirdi”.

1news.az xəbər verir ki, Bunu APA-ya açıqlamasında Quba Rayon Məhkəməsində zorakılıqla üzləşən 10 yaşlı Nuray Bayramzadənin atası Əvəz Bayramov deyib.

O bildirib ki, 2008-ci ildə məhkəmənin qərarı ilə həyat yoldaşından ayrılıb:

“Mən 2009-cu ildə ikinci dəfə ailə həyatı qurdum. İkinci nikahdan da bir qız övladım dünyaya gəldi. Biz ayrılandan bir il sonra Rübabənin xərçəng xəstəsi olduğunu bildim. Ona zəng edərək hansı klinikada müayinə olunduğunu öyrəndim və keçmiş həyat yoldaşıma əlimdən gələn bütün köməklikləri etməyə hazır olduğunu bildirdim”.

Ə. Bayramov qarşı tərəfin kömək təklifindən imtina etdiyini və rəsmi boşanma ərizəsi əldə olunduqdan sonra 2011-ci ildən 2016-cı ilə qədər övladına hər ay aliment ödədiyini söyləyib:

“Bununla bağlı əlimdə müvafiq sənədlər var. Mən övladımı görmək üçün müraciət etsəm də, qarşı tərəf mənim bu iddiama müsbət cavab vermirdi. Həyat yoldaşımın ağır xəstə olduğunu nəzərə alaraq, onu əsəbiləşdirməmək üçün hətta uşağımı görməkdən ötrü məhkəməyə belə müraciət etmədim. Rübabə 2010-cu ildə dünyasını dəyişdi. O vəfat edəndən sonra Quba Rayon Məhkəməsinə övladımı görmək üçün müraciət etdim. Bu müddətə kimi uşağa xalası Mehriban Eldarova və onun həyat yoldaşı baxıblar. Məlum olur ki, qarşı tərəf bacısının ölümündən sonra uşağın qəyyumluğunu öz üzərinə götürüb”.

Ə. Bayramov qeyd edib ki, uzun sürən məhkəmə prosesindən sonra uşağın xalası və ərinin qəyyumluğu xətm olunub:

“Bundan sonra uşağın xalası və onun əri mənim atalıq hüququndan məhrum olunmağımla bağlı iddia qaldırdılar və mən atalıq hüququndan məhrum olundum. Lakin sonra atalıq hüququm bərpa edildi. 2011-ci ildən 2016-cı il dekabrın 7-nə qədər 19 məhkəmə prosesi keçirilib. Sonuncu icraat prosesi olub ki, dekabrın 7-nə təyin edilib. Dekabrın 7-nə qədər uşağı görmək üçün mənə qarşı tərəf heç bir şərait yaratmadı və ümid icra prosesinə qaldı. Uşaq proses zamanı bu günə qədər atasını, yəni məni görmədiyini dedi, məndən imtina etdi. Buna baxmayaraq, məhkəmə qərarı ilə uşaq mənə verildi. Məhkəmə prosesindən sonra isə huşum itənə kimi məni döydülər və övladımı zor gücü ilə məndən aldılar. Döyülmə faktı ilə bağlı Baş Prokurorluğa müraciət etmişəm”.

Qeyd edək ki, Ə. Bayramov Baklıdakı 5 saylı kliniki doğum evinin anestezioloqudur.

Xatırladaq ki, sosial şəbəkələrdə 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşməsini əks etdirən video yayılıb.

1news.az

Paylaş:
806

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər