Tramp ABŞ milli kəşfiyyatının yeni rəhbərini seçib | 1news.az | Xəbərlər
Dünya

Tramp ABŞ milli kəşfiyyatının yeni rəhbərini seçib

13:07 - 08 / 01 / 2017
Tramp ABŞ milli kəşfiyyatının yeni rəhbərini seçib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ milli kəşfiyyatının rəhbəri postuna rəsmi olaraq İndiana ştatının sabiq senatoru Deniel (“Den”) Koutsu seçib.

1news.az APA-ya istinadən xəbər veriir ki, Kouts qərara görə Trampa təşəkkür edərək, Amerikanın təhlükəsizliyinin qorunmasının onun üçün ən böyük prioritet olduğunu qeyd edib.

O, bunun üçün sərəncamında olan bütün imkanlardan istifadə edəcəyini vəd edib.

Qeyd edək ki, 73 yaşlı Kouts 10 il ərzində İndiana ştatının senatoru vəzifəsində çalışıb və Senatın kəşfiyyat üzrə komitəsinin üzvü olub. Kiçik Corc Buşun prezidentliyi dövründə ABŞ-ın Almaniyadakı səfiri vəzifəsində çalışıb.

1news.az

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər