Rusiyada "Boyarışnik" içkisindən ölənlərin sayı 78-ə çatıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada "Boyarışnik" içkisindən ölənlərin sayı 78-ə çatıb

09:10 - 09 / 01 / 2017
Rusiyada "Boyarışnik" içkisindən ölənlərin sayı 78-ə çatıb

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnik" içkisindən zəhərlənərək ölənlərin sayı 78 nəfərə çatıb, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib.

 “Bayram günləri ərzində xəstəxanalarda metil spirtindən zəhərlənmədən 2 nəfər ölüb. Üç nəfərin müalicəsi davam etdirilir”, məlumatda bildirilir.

Dekabrın 30-da ümumilikdə konsentratdan 123 nəfər zəhərləndiyi, 76 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 20 nəfər saxlanılıb.

Mövzu ilə əlaqədar oxuyun:

Rusiyada spirtli içkidən ölənlərin sayı 76-ya çatıb – FOTO – YENİLƏNİB

Lenta.ru

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər