Ukrayna Erməniləri Milli Konqresinin sədri: “Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

Ukrayna Erməniləri Milli Konqresinin sədri: “Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılmalıdır”

21:26 - 09 / 01 / 2017
Ukrayna Erməniləri Milli Konqresinin sədri: “Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılmalıdır”

Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Ovanesyan bu ölkədəki Birləşmiş Azərbaycanlılar Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevlə biznes ortalığı və son Yeni İl şənliyində Dağlıq Qarabağla bağlı onların adından yayılan xəbərlərə aydınlıq gətirib.

1news.az xəbər verir ki, Aşot Ovanesyan APA-ya açıqlamasında bildirib ki, qeyd edilən yeni il şənliyi ermənilər tərəfindən ermənilərin məkanında yox, “Bakı” restoranında Ukraynada yaşayan etnik xalqlar tərəfindən keçirilib, ermənilərdən də orada yalnız o iştirak edib.

A. Ovanesyan qeyd edib ki, məclisdə Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı azərbaycanlıların imicinə xələl gətirən söhbətlərin aparılması barədə deyilənlər yalandır: “Mən mədəniyyət xadimiyəm. Rövşən Tağıyev isə Ukraynanın tanınmış simasıdır, vətəni Azərbaycanın əsl patriotudur. Mən onu uzun illərdir tanıyıram. Belə dezinformasiyalarla tək onun imicini yox, Azərbaycan diasporunu ləkələmək istəyirlər”.

A. Ovanesyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini də açıqlayıb: “Mənim rəhbərlik etdiyim konqresin mövqeyi bundan ibarətdir ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərti ilə sülh əsasında son qoyulmalıdır. Bizim hazırda vətəndaşı olduğumuz Ukraynanın da ərazi bütövlüyünə təcavüz olub, biz həmişə bu məsələ ilə paralel Azərbaycanın da ərazi bütövlüyünün bərpası məsələsini qaldırırıq. Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Biz bunu dəfələrlə Ermənistan rəsmiləri ilə, deputat qrupları ilə görüşlərimizdə tələb etmişik. Azərbaycan mənim vətənimdir, mən orada Oğuz rayonunda doğulmuşam. İndi də biz ailə olaraq Azərbaycanı özümüzə vətən hesab edirik. Biz istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Bu münaqişədən erməni xalqı çox əziyyət çəkir, müharibə bitər, sərhədlər açılarsa, Ermənistan bundan iqtisadi cəhətdən çox fayda götürəcək. Bu, tək mənim yox, əksər ermənilərin fikridir”.

1news.az

Paylaş:
716

Son xəbərlər

Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20
Bütün xəbərlər