Bakının mərkəzi meydanlarından birində quraşdırılmış yeni yol nişanı götürülüb – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzi meydanlarından birində quraşdırılmış yeni yol nişanı götürülüb – FOTO – YENİLƏNİB

16:44 - 09 / 01 / 2017
Bakının mərkəzi meydanlarından birində quraşdırılmış yeni yol nişanı götürülüb – FOTO – YENİLƏNİB

Füzuli meydanında (“Beşmərtəbə” yaxınlığında) quraşdırılmış yeni “Stop” yol nişanı götürülüb.

1news.az sosial istifadəçilərin məlumatına əsasən xəbər verir ki,  “Stop” yol nişanı bu sahədə tıxaclara səbəb olub. 

Belə ki, “Nizami” metrosu tərəfdən hərəkət edən avtomobillər bu dairəyə Azərbaycan prospekti tərəfdən gələn sürücüləri buraxmalı idi.

FOTO:  Elşən Orucov

10.51

Füzuli meydanında (“Beşmərtəbə” yaxınlığında) yeni “Stop” yol nişanı qoyulub.

Belə ki, “Nizami” metrosu tərəfdən hərəkət edən avtomobillər bu dairəyə Azərbaycan prospekti tərəfdən gələn sürücüləri buraxmalıdır. Sürücülər Qış parkına dönərkən diqqətli olmalıdır.

Dayanmadan hərəkət etmək qadağandır (STOP) – sürücülər qısa müddətli dayanacaq etmədən əvvəl, bütün nəqliyyat vasitələrinə və piyadalara güzəşt edərək hərəkətə davam etməlidir.

Xatırladaq ki, yaxın günlərdə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək. İlkin olaraq Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib.

Məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır.

1news.az

Paylaş:
1177

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər