Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub

12:56 - 09 / 01 / 2017
Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub

Bu gün Bakıda I Fəxri xiyabanda mərhum xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub.

1news.az-ın məlumatına görə, mərasimdə şairin ailə üzvləri ilə yanaşı elm, mədəniyyət xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Abidənin açılışından sonra tədbirə toplaşanlar mərhum şairlə bağlı xatirələrini bölüşüblər. 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb.

Z.Yaqubun böyük şair və vətənpərvər insan olduğunu deyən R.Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin şairə xüsusi qayğısı və ehtiramının olduğunu bildirib, dövlətimizin böyük şairin irsinə yüksək dəyər verdiyini deyib:

“O, bu gün abidə formasında yenidən bizə qayıdıb. 66 il ömür sürən Zəlimxan Yaqub Azərbaycanın ən dəyərli şairlərindən biridir. O, Azərbaycan tarixində daimi yaşanacaq”.

Professor Qəzənfər Paşayev, millət vəkili Nizami Cəfərov Zəlimxan Yaqubun “Peyğəmbər”, “Əbədiyyət Dastanı”, “Saz” poemalarının ədəbi dəyərindən danışıb, onu müstəsna şəxsiyyət kimi dəyərləndiriblər.

Mərasimdə çıxış edən digər natiqlər Z.Yaqubun sözün, millətin və ölkənin qarşısında tarixi məsuliyyətini hiss edən bir şair olduğunu bildirməklə yanaşı, onun qüdrətli qələm sahibi kimi daim ürəklərdə yaşayacağını söyləyiblər.

Qeyd edək ki, Z.Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-dan ömürünün sonunadək Azərbaycan Aşıqlar Birliyinin sədri işləyib. 

O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Şair uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.

Onu da bildirək ki, xalq şairinin abidəsinin müəllifi xalq rəssamı Natiq Əliyev, memarı isə Tərlan Həsənovdur.

1news.az

Paylaş:
723

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər