Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq

13:53 - 10 / 01 / 2017
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq

Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunacaq.

Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq reallaşdırılacaq.

Tədbirdə faciə zamanı ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi anılacaq, onların keçdiyi ömür və qəhrəmanlıq yolunu əks etdirən fotosərgi açılacaq. Tədbir vətənpərvərlik ruhunda bəstələnmiş kompozisiyalardan ibarət konsert proqramı ilə davam edəcək.

Konsertdə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.

AZƏRTAC

Paylaş:
706

Son xəbərlər

“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19
Bütün xəbərlər