Səfir: Azərbaycanda vəhdət namazının qılınması ilə bütün dünya üçün olduqca gözəl örnəyin əsası qoyuldu - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycanda vəhdət namazının qılınması ilə bütün dünya üçün olduqca gözəl örnəyin əsası qoyuldu - FOTO

16:01 - 10 / 01 / 2017
Səfir: Azərbaycanda vəhdət namazının qılınması ilə bütün dünya üçün olduqca gözəl örnəyin əsası qoyuldu - FOTO

Yanvarın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Rumıniyanın ölkəmizdəki səfiri Dan İankunu qəbul edib.

1news.az-ın məlumatına görə, görüş zamanı M.Qurbanlı iki ölkə arasında tarixi münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən  sonra tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, o cümlədən regionda ən böyük sinaqoqun inşası Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir.  

“Multikulturalizm ili” çərçivəsində ölkədə həyata keçirilən tədbirlərdən danışan M.Qurbanlı Azərbaycanın ənənəvi multikultural və tolerant dəyərlərə malik ölkə olduğunu, burada tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgə yaşadığını xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara dövlət tərəfindən diqqət və qayğı göstərilir, müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmaların fəaliyyətinin və dini maarifçilik işinin genişləndirilməsi üçün dövlət tərəfindən maliyyə yardımı ayrılır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində cəmiyyətimizdə daha da inkişaf edən multikultural və tolerantlıq ənənələri dünyada örnəyə çevrilib. Hazırda ölkə ərazisində məscidlərlə yanaşı, 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Komitə sədri bildirib ki, Azərbaycan  bölgədə müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Eyni zamanda, İslam ölkələri arasıda qarşılıqlı əlaqələrin genişlənməsi üçün ölkəmiz  mühüm addımlar atır və təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam həmrəyliyi ili” elan edib.

Səfir D.İanku ölkəmizdəki multikultural və tolerant mühitin şahidi olduğunu deyib. Azərbaycanda tolerantlıq ənənələrinin böyük tarixi olduğunu qeyd edən səfir Roma Papası Fransiskin, İsrailin baş naziri Benyamin Netanyahunun ölkəmizə səfərini Azərbaycanda tolerantlığa, müxtəlifliyə, harmoniyaya ehtiramın əməli ifadəsi kimi dəyərləndirib. Diplomat dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda Azərbaycanda vəhdət namazının qılınması ilə bütün dünya üçün olduqca gözəl örnəyin əsasının qoyulduğunu xüsusilə vurğulayıb.

Görüş zamanı M.Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək erməni vandalizmi nəticəsində yüzlərlə tarixi-dini abidənin məhv edildiyini səfirin diqqətinə çatdırıb  və Komitə tərəfindən nəşr olunmuş kitabları səfirə hədiyyə edib.

Səmimi şəraitdə keçən görüş zamanı hər iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.​

1news.az

Paylaş:
534

Son xəbərlər

Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01
Bütün xəbərlər