İstanbulda məscidin damı uçub: ölənlərin sayı artmaqdadır – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

İstanbulda məscidin damı uçub: ölənlərin sayı artmaqdadır – FOTO – VİDEO – YENİLƏNİB

16:51 - 10 / 01 / 2017
İstanbulda məscidin damı uçub: ölənlərin sayı artmaqdadır – FOTO – VİDEO – YENİLƏNİB

İstanbulun Ataköy rayonunda məscidin damının uçması nəticəsində 3 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda həkim və xilasedicilər cəlb edilib.

Hazırda qardan təmizlənmə işləri aparılır.

NTV

16:44

İstanbulun Araköy rayonunda məscidin damının uçması nəticəsində bir nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Bu haqda ərazinin bələdiyyə sədri Bülənt Kərimoğlu bildirib.

Damın uçmasına səbəb yağan qarın ağırlığına dözməməsidir. Hadisə zamanı məsciddə cənazə namazı qılınırmış.

Hadisə yerinə çoxlu sayda həkim və xilasedicilər cəlb edilib. Qardan təmizlənmə işləri aparılır.

Hürriyet

16:29

İstanbulun Araköy rayonunda məscidin damı uçub.

Buna səbəb isə dam qarın ağırlığına dözməməsidir.

Damın uçması zamanı məsciddə cənazə namazı qılınırmış.

Təxminən 10 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda həkim və xilasedicilər cəlb edilib.

Doğan

Paylaş:
994

Son xəbərlər

Bütün xəbərlər