Səngəçalda qaz xəttində yenidən yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Səngəçalda qaz xəttində yenidən yanğın olub

22:26 - 10 / 01 / 2017
Səngəçalda qaz xəttində yenidən yanğın olub

Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində qaz xəttində yanğın olub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, hadisə 20:30 radələrində baş verib. “Qəza bundan öncə partlayış baş verən əraziyə yaxındır”, - deyə o bildirib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

SOCAR hadisənin baş verməsini təsdiqləyib.

Xatırladaq ki, 2016-cı il dekabrın 27-də və cari ilin yanvarın 2-də Səngəçal qəsəbəsi ərazisində qaz xəttində partlayış baş verib.

1news.az

Paylaş:
707

Son xəbərlər

Bütün xəbərlər