“Baku Bus”un avtobusu “Nissan”la toqquşdu, qadın sürücü öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baku Bus”un avtobusu “Nissan”la toqquşdu, qadın sürücü öldü

11:48 - 10 / 01 / 2017
“Baku Bus”un avtobusu “Nissan”la toqquşdu, qadın sürücü öldü

Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.

1news.az lent.az-a istinadən xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu “Nissan Qasqai” ilə toqquşub.

Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.

1news.az

Paylaş:
791

Son xəbərlər

Bütün xəbərlər