Usta təmir etdiyi avtomobilin altında qalaraq öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Usta təmir etdiyi avtomobilin altında qalaraq öldü

13:44 - 11 / 01 / 2017
Usta təmir etdiyi avtomobilin altında qalaraq öldü

Xızı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

1news.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xızı rayonunun Giləzi qəsəbəsindəki avtomobil təmiri sexlərindən birində qəsəbə sakini Novruz Novruzov "DAF" markalı avtomobilin təkərini təmir edərkən qaldırıcı qurğu avtomobilin altından çıxıb və avtomobilin N.Novruzovun üstünə düşüb.

Ağır xəsarət alan N.Novruzov ölüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər