Ağstafada ev yanıb, uşaq son anda xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada ev yanıb, uşaq son anda xilas edilib

15:02 - 11 / 01 / 2017
Ağstafada ev yanıb, uşaq son anda xilas edilib

Ağstafada uşaq son anda ölümdən xilas edilib.

1news.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 10-da saat 12 radələrində Ağstafa rayonunun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib.

Hadisə zamanı pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb.

Xəsarət almış uşaq xəstəxanaya yerləşdirilib.

1news.az

Paylaş:
674

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər