Tramp: “ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir” | 1news.az | Xəbərlər
Dünya

Tramp: “ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir”

21:50 - 11 / 01 / 2017
Tramp: “ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir”

“ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Donald Tramp bəyan edib.

“Düşünürəm ki, son hücumlar Rusiya tərəfindən həyata keçirilib. Lakin ABŞ-a qarşı digər ölkələr  və şəxslər də kiberhücumlar törədir”, deyə D.Tramp bildirib.

O həmçinin qeyd edib ki, Rusiya tərəfi ilə münasibətlərin yaxşılaşdırılmasını müsbət amil kimi qiymətləndirir: “Misal üçün, Rusiya bizə İŞİD-lə mübarizədə kömək edə bilər. Əgər Putinin Trampdan xoşu gəlirsə, bu nöqsan yox, üstünlükdür. Ümid edirəm ki, biz dost olacağıq, buna şanslarımız az deyil”.

1news.az

 

Paylaş:
727

Son xəbərlər

Bütün xəbərlər