Tarix Muzeyinə sovet ordusunun general-mayorunun kortik və qol saatı bağışlanılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarix Muzeyinə sovet ordusunun general-mayorunun kortik və qol saatı bağışlanılıb – FOTO

23:45 - 11 / 01 / 2017
Tarix Muzeyinə sovet ordusunun general-mayorunun kortik və qol saatı bağışlanılıb – FOTO

Milli Azərbaycan Tarixi Muzeyi milli mədəniyyətimizin öyrənilməsində, təbliğində əhəmiyyətli rol oynayan materialların əldə olunmasına xüsusi diqqət yetirir və mütəmadi olaraq yeni hədiyyələrlə zənginləşir.

1news.az-ın məlumatına görə, Muzeyə Firuzə Hacıbaba qızı Zeynalova tərəfindən yeni hədiyyələr – sovet ordusunun general-mayoru Hacıbaba Zeynalova məxsus kortik və qol saatı bağışlanılıb.

Kortikin dəstəyi açıq qəhvəyi rənglidir, baş hissəsi qızıl suyuna salınmış latundandır. Dəstəyin üzərində SSRİ-nin qerbi və beş güşəli ulduz, tiyənin üzərində isə “1955” və “NM 0784” yazısı həkk olunub. Kortikin qını qara dəridəndir, üzərinə 3 ədəd lövhə bərkidilib. Qının baş hissəsinin bir üzündə Moskva Kremlinin Spas qülləsi, digər üzündə isə ulduzun içərisində oraq və çəkic təsvir olunub.

Digər eksponat - korpusu sarı metaldan olan qol saatıdır. Hədiyyənin arxa hissəsində rus dilində - “Генерал-майору запаса Зейналову Г. В день 50-летия Вооруженных сил. От министра обороны СССР”. “Противоударные. Пылезашитные. 2214” yazısı həkk olunub.

Qəbul edilən materiallar muzeyin Hədiyyələr və Xatirə Əşyaları fondunda mühafizə olunur.

1news.az

 

Paylaş:
2003

Son xəbərlər

Bütün xəbərlər