Oleq Kuznetsov 70-ci illərin sonunda erməni terrorçularının Moskvada törətdikləri partlayışlar haqda
1news.az-ın məşhur rusiyalı tarixçi, Qafqazşünas Oleq Kuznetsovla müsahibəsi:
- Erməni terrorçuları tərəfindən Moskva metrosunda həyata keçirilən terrordan 40 il ötür. Lakin bir çoxları elə həmin gün Moskvada daha 2 partlayışın törədildiyini belə bilmir...
- Tamamilə doğrudur. 1977-ci ilin yanvarın 8-də “Ermənistanın birləşdirilmiş milliyyətçi partiyası”nın döyüşçüləri Moskva metrosunda həyata keçirdiyi partlayışdan başqa paytaxtın mərkəzində daha iki terror aktı da törədilib: Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSR-nin Dövlət Təhlükəsizlik Komitəsi (DTK) yaxınlığındakı 2 ərzaq mağazası partladılıb.
Lakin metrodakı partlayışdan fərqli olaraq mağazadakı partlayışa səbəb olan qurğu, belə deyək ki, qabıq tipli olduğu üçün, yəni korpuslu və dağıdan elementli olmadığından bu iki partlayış zamanı insan itkisi olmadı. Sadəcə zərbə dalğaları və ya küçədəki zibil, sınmış vitrin şüşələrindən xəsarət alanalar oldu.
Təbii ki, hər iki partlayış SSR DTK orqanları tərəfindən metrodakı terrorla əlaqələndirildi. Erməni terrorçuları tərəfindən 25 Oktyabr küçəsindəki (hazırda Nikolskiy) ərzaq mağazasında partladılmış mərmi qalıqlar orqan əməkdaşlarını “İrəvan izinə” apardı.
Lakin xatırlamaq lazımdır ki, üç terror aktının hamısının istintaqında 1977-ci ilin oktyabrın sonundadək əhəmiyyətli irəliləyiş olmadan qaldı. Belə ki, həmin erməni terrorçularının səhvi nəticəsində SSR üçün əhəmiyyətli bayram olan – Oktyabr İnqilabının 60 illiyi ərəfəsində Moskvanın Kurs vağzalının gözləmə zalında daha bir terror aktı həyata keçmədi. Həmin vaxt sovet Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən partlamamış, əldəqayırma partlayıcı qurğu aşkar edilir. Həmin qurğular əvvəl aşkarlanmış mərmilərlə eynilik təşkil edirdi. Buna görə də erməni terrorçularını həbs etmək daha asanlaşdı.
Erməni milliyyətçi partiyasının terrorçuları tərəfindən 1977-ci ilin yanvarın 8-də Moskva metrosunda həyata keçirilmiş partlayışdan başqa, paytaxtın mərkəzində daha iki terror aktını və Kurs vağzalındakı terror onu hazırlayanların axmaqlığı və xüsusi xidmət əməkdaşlarının operativlyi sayəsində həyata keçirə bilmədiyi unutmamalıyıq.
- Bütün bunların son nəticəsi necə oldu?
- Bu suala tam dəqiqliyi ilə cavab vermək çətindir. Həqiqəti yalnız iştirakçı deyə bilər. Şahid isə sadəcə ehtimal edə bilər. Mənim kimi araşdırmaçı isə bəlli fikirlərə söykənərək məlum faktları təkrarlaya bilər. Buna görə də mən və ya kimsə bu suala obyektiv və doğru cavab verə bilməz.
Bu işlə bağlı “qəsdən susqunluq” və ya “erməni lobbisini” axtarmaq lazım deyil. Rusiya prezidentinin qərarı olmadan bu işlə bağlı bütün həqiqətləri bilməyəcəyik. Və Rusiyinın siyasi elitasının ermənilərə qarşı simpatiyası haqda nəsə söyləmək yersizdir.
Məsələ burasındadır ki, Rusiyanını məhkəmə sisteminin kökləri sovet keçmişinə uzanmış nomativ sənədlərə əsasən, erməni terrorçuları tərfindən Moskva metrosunun partladılması işinin üzərində - “tamamilə məxfi” qeyd edilərək müddətsiz saxlamaya aiddir.
Stepan Zatikyanın qrupundakı terrorçularla bağlı işin yenilənməsi üçün əvvəlcə materialı məxfilikdən çıxartmaq lazımdır. Bu da zənnimcə, prezident fərmanı kimi xüsusi siyasi qərar formasında sənəd olmalıdır. Həmçinin bu, sovet vətəndaşlarının xarici kəşfiyyatın xeyrinə etdikləri casusluğa görə güllələnməsi kimi analoji qərarların açılması üçün təhlükəli tələblərə səbəb ola bilər. Belə ki, bu materiallar hələ də dövlət sirri olaraq qalır.
Ermənistanın milliyətçi partiyasının döyüşçüləri haqda cinayət iş ilə bağlı bütün həqiqətləri bilməyin yeganə yolu - onun məxfilikdən çıxarılmasıdır. Yalnız belə olan halda onların nə üçün güllələndikləri, nədə ittiham olduqları, irəli sürülmüş ittihama görə məhkəmənin digər cinayətlərə baxmaması aydın olacaq. Bunu mən terorçuluğu həm nəzəri, həm də praktiki cəhətdən araşdırmış mütəxxəsis kimi söyləyirəm.
- Təşkilatçılar hansı məqsədi güdürdü və nə üçün terror aktları məhz Moskvada həyata keçirildi?
- Bütün terrorçular hansı məqsədə qulluq edir? Zənnimcə, onların məqsədiheç nə ilə fərqlənmir – insanları alçaqcasına öldürərək qorxutmaq və hökumətə təsir etmək. Məhz terror aktı başqasının həyatını təxribatcasına və ya qəsdən əlindən almaqla fərqlənir. Bu təkcə erməni millətçi partiyasının terrorçularına deyil, digər hallara da aiddir. Fikrimcə, 1977-ci ilin yanvarın 8-də Moskva metrosunu partlatmış erməni terrorçularının da heç bir orijinallığı ilə fərqlənmir.
Moskvada terror təşkil edən Stepan Zatikyan 1966-cı ildən dəfələrlə antisovet fəaliyyəti ilə bağlı inzibati və cinayət məcəlləsinə cəlb edilib. Həmçinin axtarış zamanı ondan müəllifi olduğu “Terror və terrorçular” adlı broşür tapılıb. Lakin Təhlükəsizlik Xidməti əməkdaşları buna əhəmiyyət verməyiblər.
Lakin fakt elə fakt olaraq qalır: Zatikyan bu gün Ermənistanda deyildiyi kimi, vəziyyət qurbanı adi terrorçu olmayıb, o, ideoloji terrorçu idi. Mənim sözlərim İrəvandakı siyasətçilərə xoş olsa da, olmasa da, Zatikyan ideoloji cani idi. Əgər sovet Təhlükəsizlik Xidməti əməkdaşları onun barəsində daha əvvəl lazımi ölçü götürsəydi, o zaman 1977-ci il terrorundan qaçmaq olardı.
Zatikyan və onun cinayət yoldaşlarının tapılıb həbs olunmasına rəhbərlik etmiş SSSR-i DTK-nın operativ-axtarış qrupunun rəisi Vadim Udilovun xatirələrində qeyd edilir ki, erməni millətçi partiyasına birbaşa olaraq Ermənistanın Mərkəzi Komitəsinin baş katibi Karen Dəmirçiyan himayədarlıq edib.
Zatikyan və onun cinayət yoldaşlarının həbsi 1978-ci ilin noyabrın 7-də baş tutub. Moskvada Oktyabr İnqilabının növbəti ildönümü ilə bağlı Dəmirçiyan Moskvada səfərdə olub. İrəvana qayıdan zaman o, nə evinə, nə də MK-dəki işinə deyil, Ermənistan DTX-dəki terrorçuları azad etməyə yollanır. Lakin bunu həyata keçirməyə müvəffəq olmur. Belə ki, Udilovun qrupu terrorçuların mənzilindən 37 (!) əldəqayrılma mərmi aşkar edirlər. Buna görə də Dəmirçiyan onları ədalətə təslim etməli olur.
Yuxarıda qeyd etdim ki, Zatikyanın terror qrupunun işi üzrə hökm “tam məxfi” xarakter daşıyır. Hətta biz dəqiq bimirik ki, bu döyüşçülər tərfindən Moskva terrorundan başqa daha nələr baş verib. Məntiqi baxımından onların cinayətlərinə antisovet təşkilatının yaradılması, 1977-ci ilin oktyabrındakı sui-qəsd, qanunsuz silah və partlayıcı maddə dövriyyəsi də əlavə edilməlidir.
Razılaşın ki, üç nəfər üçün bu, geniş cinayətdir. Hələ bu gün də tam aydın deyil ki, Zatikyan və digər terror qruplarının İrəvandakı havadarları nə qədər yüksək idi. Eləcə də sovet rəhbərliyindən məhz kimləri susdurdular.
1977-ci ilin yanvarında baş tutmuş terrorun cavablarından daha çox sualları var. Bu cinayət işini məxfilikdən çıxarılmayana qədər biz heç vaxt cinayətlə bağlı bütün həqiqətləri, ilk növbədə isə terrorçuların həqiqi məqsədlərini, onların arxasından kimin dayandığını bilməyəcəyik.
- Məhz erməni izininə düşmək necə mümkün oldu?
- Bu sualın cavabı yuxarıda qeyd edilmiş general-mayor Vadim Udilovun memuarlarında çox aydın yazılıb. Bu məlumatların bir hissəsini “XX yüzillikdə millətlərarası erməni terrorizminin tarixi” adlı monoqrafiyama daxil etmişəm.
İrəvan saat zavodunda istehsal edilmiş saat əqrəbinin terrorçular tərəfindən hazırlanmış qurğuda tapılması bunun başlanğıc nöqtəsi oldu. Lakin əsas dəlil isə Moskvadakı Kurs vağzalında həyata keçməyən terror zamanı partlayaman qurğu oldu. 1977-ci ilin yanvarın 8-dən oktaybrın 29-dək cinayət işi yerindəcə donub qalmışdı. Lakin bir həftə ərzində ələ keçmiş materiallar əsasında terrorçuların izinə düşüldü.
- Bu gün Rusiyada o hadisələri xatırlayan varmı?
- Bununla bağlı məndən obyektiv cavab gözləməyin. 2015-ci ildə erməni terroru ilə bağlı monoqrafiyamı tamamlayanda ilyarımdan çox Rusiyanın hüquq-müdafiə orqanları, daha dəqiq Rusiya DİN-n ekstremizmlə mübarizə idarəsi tərəfindən diqqət mərkəzində olmuşam. Erməni terroru Rusiyada hər kəsi narahat etməlidir, lakin düşünürəm ki, bu, belə deyil.
Əlbəttə ki, müasir Rusiya cəmiyyətində bu terror aktı ilə bağlı ən azından vikipediya səviyyəsində bilirlər. NTV telekanalında sənədli film çəkilib, general-mayor Udilovun memeuarları işıq üzü görüb. Həmçinin Ermənistanın millyətçi partiyasının terrorçu fəaliyyətinə bir başlıq həsr etdiyim monoqrafiyam var. Bütün bunlar erməni terrorunun Rusiyada unudulmamasına əsas verir.
Digər tərəfdən də ölkəmdə sentyabrın 3-də Terror Qurbanlarına Həmrəylik Günü kimi qeyd edilir. Nə üçünsə bu gün ölkə yalnız “islam” terrorçuları kimi qələmə verilmiş beynəlxalq terrorçulıar tərəfindən öldürülmüş qurbanları yad edir. 1977-ci ildə Moskva metrosunda erməni terrorçuları tərəfindən həyata keçirilmiş terror qurbanlarını haqda bir kəlmə belə deyilmir. Həmçinin bu terrorçular 1990-cı illərin əvvəlində Rusiyanın cənubunda 4 sərnişin qatarı partladıblar. Lakin Rusiya bununla bağlı hələ də susur.
Yaxın günlərdə Rusiyanın Gazeta.ru portalında çox sadə və siyasi cəhətdən korrektə edilmiş məqalə dərc edilmişdi. Burada 1977-ci ilin yanvarın 8-də Moskvada həyata keçrilmiş terror aktı yer almışdı. Lakin burada sovet müxaliflərinin qiymətləndirməsi, istintaq zamanı saxlanılmış şəxslərin günahının sübut olunmaması, məhkəmənin onları güllələməklə bağlı ittihamı yer almışdı. Ən əsası isə erməni terrorçularının ünvanına tənqidi bir söz belə ifadə edilməmişdi. Elə bil SSR ərazisində onlar bu cür cinayətlər törətməyiblər. Bütün bunların şahidi olaraq kədərləndirici bir məqamı qeyd etmək laızımıdır: Rusiya mətbuatı üçün erməni terroru deyilən mövzu olmayıb və olmayacaq da.
- Yaxın günlərdə sosial şəbəkələrdə Moskva metrosunun partladılması işinin məxfilikdən çıxarılması ilə bağlı petisiyaya təşəbbüs göstərmisiniz. Dörd il əvvəl isə bu məsələnin ətraflı araşdırılması ilə bağlı çıxış etmisiniz. Son zamanlar bu hadisə ilə bağlı yeni məqamlar ortaya çıxıbmı?
- Çox xoşdur ki, Azərbaycanda mənim nəinki elmi, eləcə də publisistik yaradıcılığım izlənilir. “Ədəbiyyat günü” qəzetindəki “Sabah” əlavəsi “XX yüzillikdə millətlərarası erməni terrorizminin tarixi” adlı monoqrafiyamın işıq üzü görməsinə başlanğıc oldu. Kitabımda bu məsələ ilə bağlı yeni faktları toplayaraq analiz etmişəm. Buna görə də fəxrlə deyə bilərəm ki, erməni terroru Rusiyada unudulmayıb.
1977-ci ilin yanvarın 8-də Moskva metrosunu erməni terrorçular tərfindən partladılması işinin məxfilikdən çıxarılması ilə bağlı petisiyaya təşəbbüs məsələsinə gəlincə, bunun əsas səbəbi çox sadədir. Əminəm ki, Rusiya dövlət və cəmiyyəti bu xarakterli cinayətlə bağlı sıfır tolerantlıq göstərməlidir. Yalnız belə halda dövlət – hüquqi, cəmiyyət isə - humanist ola bilər.
Lakin bu gün Rusiyada erməni terrorçuları və onların törətdikləri cinayətə qarşı dözümlülük və mehribanlığın şahidi oluruq. Qarabağ separatçılarının sabiq hərbi rəhbəri Serj Sarkisyan 1990-cı illərdə Ermənistanın dövlət təhlükəsizlik İdarəsnin rəhbəri olarkən Rusiyanın cənubundan Bakıya gedən qatarların partladılması üçün şəxsən əmr verib. Baxmayaraq ki, onun əli günahsız Xocalı soyqırımı qurbanlarının qanına bulaşıb, bu gün o, Ermənistanın prezidenti və Kremlin yaxın dostudur. Buna görə də 1977-ci ilin yanvarında Moskva metrosunda erməni milliyyətçiləri tərəfindən həyata keçirilmiş terror qurbanları haqda susulması və unudulması təəccüblü deyil.
2003-cü ildən başlayaraq hər il sentyabrın 3-də Rusiyada Terror Qurbanlarına Həmrəylik Günü qeyd edilir. Lakin bütün bu zaman ərzində bir dəfə də olsun 1977-ci ildəki Moskva metrosundakı parlayışla bağlı söz belə söylənilməyib. Hətta rəsmi səviyyədə belə Rusiya hökuməti bu terror hadisəsini qınamaqla bağlı bir söz belə istifadə etməyib.
Mən güclü, azad, təhlükəsiz və terrorizmi seçilmiş formada ittiham edilməyəcək bir ölkədə yaşamaq istəyirəm. Rusiya hökuməti qırx il öncə erməni terrorçuları tərəfindən həyata keçirilmiş partlayışa görə Ermənistandan üzr tələb etməlidir.
Qeyd edək ki, 1977-ci ilin yanvarında erməni terrorçuları tərfindən Moskva metrosunda baş vermiş partlayışla bağlı cinayət işinin məxfilikdən çıxarılması üçün petisyaya bu linkdən keçməklə qoşulmaq olar.
1news.az