Bakı buxtasında dayanan gəmidə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı buxtasında dayanan gəmidə yanğın olub

17:06 - 12 / 01 / 2017
Bakı buxtasında dayanan gəmidə yanğın olub

Yanvarın 12-də saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstülənmə müşahidə edilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən 1news.az -a verilən məlumata görə, gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb.

1news.az

Paylaş:
885

Son xəbərlər

Bütün xəbərlər