Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Daxili İşlər Nazirliyində olub | 1news.az | Xəbərlər
Siyasət

Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Daxili İşlər Nazirliyində olub

20:36 - 12 / 01 / 2017
Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Daxili İşlər Nazirliyində olub

Azərbaycanın Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 12-də Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predan və Stefan Şennak ilə görüşüb.

1news.az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, R.Usubov qonaqlara ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin tam yerinə yetirilməsi məqsədilə DİN-də xüsusi Tədbirlər planlarının hazırlanaraq icraya yönəldiyi barədə məlumat verib.

DİN ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasından danışan R.Usubov qeyd edib ki, bu münasibətlər çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı ilə respublikamızda polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən, demokratik dəyərlərə söykənən bir sıra normativ aktlar və yeni qanunlar qəbul edilib, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana çəkilib.

Qeyd olunub ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər sistemli şəkildə həyata keçirilir. Bu məqsədlə son beş ildə 2500-dək əməkdaşımız Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən müxtəlif treninqlərdə və seminar-müşavirələrdə iştirak edib.

Bildirilib ki, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından yaradılmış 102 Xidməti də fəaliyyətin məhz insan meyarı kimi ali prinsip üzərində qurulmasına, eyni zamanda, ərazi polis orqanlarına daxil olan siqnallara çevik reaksiya verilməsinə, bu prosesə mərkəzləşdirilmiş nəzarətin aparılmasına xidmət edir. Bununla bərabər, əhalinin təhlükəsizliyinin qorunması, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə “Təhlükəsiz Şəhər” avtomatik idarəetmə sistemi yaradılıb. Nazirlikdə fəaliyyət göstərən “Qaynar xətt”, elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.

Daxili işlər naziri ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması və hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi məqsədilə, ATƏT-in Bakı Ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ilin yanvarından respublikanın bir sıra şəhər və rayon polis orqanlarında “Cəmiyyət dəstəkli polis” layihəsinin həyata keçirildiyini bildirib. Nazir beynəlxalq təcrübəyə əsaslanaraq ölkə qanunvericiliyində müvafiq dəyişikliyin edildiyini və “sahə rəisi” institutunun təsis olunduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər nazirliyin aidiyyəti idarəsi tərəfindən operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür. Təkcə son beş ildə vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1579 əməkdaş cəzalandırılıb. O cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.

Polis orqanlarının Müvəqqəti Saxlama Yerlərinin müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görüldüyü, hökumət, eləcə də qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində azad və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şəraitin yaradıldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, təkcə son beş il ərzində müvəqqəti saxlama yerlərində 1697 monitorinq keçirilib.

Həmməruzəçilər insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə ətraflı məlumata görə minnətdarlıqlarını bildiriblər.

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, qonaqları maraqlandıran suallar cavablandırılıb.

1news.az

Paylaş:
594

Son xəbərlər

Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12
Bütün xəbərlər