Rusiya və Türkiyə arasında uçuşların təhlükəsizliyinə dair memorandum imzalanıb | 1news.az | Xəbərlər
Dünya

Rusiya və Türkiyə arasında uçuşların təhlükəsizliyinə dair memorandum imzalanıb

22:09 - 12 / 01 / 2017
Rusiya və Türkiyə arasında uçuşların təhlükəsizliyinə dair memorandum imzalanıb

Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair memorandum imzalayıb.

Bu barədə  Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.     

Məlumata görə, memorandum Rusiya Müdafiə Nazirliyində Suriyada İŞİD terror qruplaşması ilə mübarizədə Rusiya-Türkiyə əməkdaşlığına dair aparılmış məsləhətləşmələr zamanı imzalanıb.

Sənəddə həmçinin terrorçuların obyektlərinə zərbələr endirilərkən Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələrinin koordinasiyası və qarşılıqlı fəaliyyətinin mexanizmləri müəyyənləşdirilib. 

Gazeta.ru

Paylaş:
2317

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər