Küllü miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Küllü miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb

10:28 - 12 / 01 / 2017
Küllü miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycandan Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 

1news.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, nəticədə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilmiş 50 min Rusiya rublu əvəzinə 500 min rubl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

1news.az

Paylaş:
542

Son xəbərlər

Bütün xəbərlər