Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb

22:21 - 12 / 01 / 2017
Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi hesaba malik əcnəbilərin sayında da mütəmadi artım müşahidə olunur.

Nazirlikdən 1news.az -a verilən məlumata görə, sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı ötən ay 207 nəfər, 2016-cı il ərzində isə 6 min 78 nəfər artaraq 33 min 940 nəfər təşkil edib. Ümumilikdə 2016-cı ildə fərdi hesabı açılan əcnəbilərin sayı 2015-ci illə müqayisədə 13,9 faiz və ya 744 nəfər çox olub. Sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının 88,3 faizi (29 min 980 nəfər) kişilərdən, qalanları isə qadınlardan ibarətdir.

Ölkəmizdə fərdi hesabı olan əcnəbilərin təmsil etdikləri ölkələrin sayı da artır. Bu gün artıq fərdi uçot sistemində ümumilikdə 124 ölkənin vətəndaşı qeydiyyatdadır. Onların arasında Тürkiyə (15 min 686 nəfər), Gürcüstan (3 min 285 nəfər) və Rusiya (1964) vətəndaşları çoxluq təşkil edirlər. Həmçinin fərdi hesabı olanlar arasında Özbəkistan (1817), Hindistan (1454), İran ( 054), Çin (927), Banqladeş (880), Pakistan (720), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (683), Ukrayna (565), Türkmənistan (330), Filippin (309), ABŞ (297), Almaniya (273), Qazaxıstan (258), İtaliya (222) və s. ölkələrin vətəndaşları da var.

Azərbaycanda fərdi uçot sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildən ölkəmizin vətəndaşları kimi, respublikamızda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər də məcburi dövlət sosial sığorta sistemi ilə əhatə olunurlar. Bununla da onlar fərdi hesablarında pensiya kapitalı formalaşdırmaqla, gələcək pensiya və digər sosial müdafiə hüquqları üçün əsas formalaşdırırlar.

1news.az

Paylaş:
469

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər