Bakıda “Qara dəniz və Xəzər dənizi regionlarında təhlükəsizlik” mövzusunda seminar keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda “Qara dəniz və Xəzər dənizi regionlarında təhlükəsizlik” mövzusunda seminar keçirilib – FOTO

12:32 - 12 / 01 / 2017
Bakıda “Qara dəniz və Xəzər dənizi regionlarında təhlükəsizlik” mövzusunda seminar keçirilib – FOTO

Bu gün Prezident yanında Strateji Araşdırmalar Mərkəzi və Polşanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Qara dəniz və Xəzər dənizi regionlarında təhlükəsizlik” mövzusunda seminar keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə mövzu ilə bağlı SAM-ın direktoru Fərhad Məmmədov, Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka, Çex Respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka, Polşa Xarici İşlər Nazirliyi Xarici Siyasət Strategiyası departamentinin direktor müavini Karolina Novak, Macarıstan Xarici İşlər Nazirliyi Planlaşdırma departamentinin direktoru Adam Seztay, Slovakiya Xarici İşlər Nazirliyi Planlaşdırma və təhlil departamentinin direktoru Igor Qreksa, Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Cavid Vəliyev və Mərkəzin elmi işçisi Nurlan Əliyev çıxış ediblər.

Seminarda millət vəkilləri, müxtəlif universitet və elm mərkəzlərinin, Azərbaycanda fəaliyyət göstərən Vişeqrad 4 regional əməkdaşlıq qrupuna daxil olan xarici ölkələrin səfirliklərinin nümayəndələri də iştirak ediblər.

1news.az

Paylaş:
849

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər