Şəmkirdə yanan evdə kişi cəsədi aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə yanan evdə kişi cəsədi aşkar edilib

12:45 - 12 / 01 / 2017
Şəmkirdə yanan evdə kişi cəsədi aşkar edilib

Şəmkir rayonunda evlərdən birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Naziriliynə istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1966-cı il təvəllüdlü Quliyev Rafiq Akif oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

 

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər