Türkiyə parlamenti konstitusiya islahatları ilə bağlı daha iki maddə qəbul edib – FOTO | 1news.az | Xəbərlər
Dünya

Türkiyə parlamenti konstitusiya islahatları ilə bağlı daha iki maddə qəbul edib – FOTO

13:14 - 13 / 01 / 2017
Türkiyə parlamenti konstitusiya islahatları ilə bağlı daha iki maddə qəbul edib – FOTO

Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiya dəyişiklikləri barədə təkliflərin müzakirəsi davam edir.

Yanvarın 13-nə keçən gecə gərgin müzakirələr nəticəsində parlamentin nəzarət səlahiyyətlərinə aid 6-cı maddə, prezidentin partiya üzvü olmasına imkan verən 7-ci maddə və prezidentin (cumhurbaşkanının) səlahiyyətli dövlət başçısı olmasını əks etdirən 8-ci maddə qəbul olunub.   

Dəyişiklik və əlavələrə dair təkliflərin içərisində ən önəmlisi olan 8-ci maddəyə əsasən prezidentə icra səlahiyyəti verilir. O, nazirləri və digər dövlət idarələrinin rəhbərlərini təyin edəcək, vəzifədən uzaqlaşdıracaq, vitse-prezidentləri müəyyənləşdirəcək. Prezident dövlətin milli təhlükəsizlik siyasətini müəyyən edəcək, Konstitusiya dəyişikliklərini referenduma çıxara biləcək.  

Qeyd edək ki, bundan əvvəl 5 maddəyə dəyişikliklər qəbul olunmuşdu. Bütün maddələr qəbul olunduqdan sonra parlamentdə yekun səsvermə keçiriləcək. Azı 330 deputat sənədin lehinə səs verərsə, məsələ ümumxalq referendumuna çıxarılacaq. Müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) dəyişiklik təkliflərinə etiraz edərək bunun ölkədə avtoritarizmin və diktaturanın qurulmasına səbəb olacağını bildirir.

Referendum cari ilin aprelində keçirilə bilər.

Doğan

Paylaş:
833

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər