Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma iştirakçıları bəyanat yayıblar | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma iştirakçıları bəyanat yayıblar

15:26 - 13 / 01 / 2017
Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma iştirakçıları bəyanat yayıblar

Ermənistan və Azərbaycan arasında Sülh Platformasının iştirakçıları beynəlxalq ictimaiyyətə Ermənistan hökuməti və hüquq-mühafizə orqanları tərəfindən erməni fəallara qarşı tətbiq edilən repressiyanın və təzyiqin qarşısını alınması üçün bəyanat ünvanlayıblar.

1news.az redaksiyasına ünvanlanan həmin bəyanatı oxucuların diqqətinə çatdırırıq:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım məqsədilə 2016-cı ilin dekabrın 6-da Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma yaradılıb. Platforma münaqişənin sülh nizamlanmasına töhfə vermək istəyən Azərbaycan və Ermənistan vətəndaşlarının təşəbbüsüdür.

Platformanın yaradılması təşəbbüsü beynəlxalq ictimaiyyətin marağına səbəb olub, habelə münaqişə edən ölkələrin ictimai rəyində böyük rezonans doğurub. Bir çox tanınmış ekspert bu təşəbbüsü yüksək qiymətləndirib və bu sülhməramlı təşəbbüsünü münaqişənin sülh nizamlanması prosesində önəmli rolunu qeyd edib. Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və iki ölkənin vətəndaş cəmiyyətinin fəalları Platformaya qoşulmaq və Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən sülhün bərqərar olunmasında iştirak etmək niyyətini ifadə ediblər. Bu bir daha onu sübut edir ki, Ermənistanla Azərbaycan arasında Platformanın yaradılması bu məqsədlərin əldə edilməsi üçün vaxtında atılmış addım olub.

Lakin bu sülhməramlı təşəbbüsü dəstəklədiklərini bəyan edən erməni ictimai xadimləri və sülh carçıları Ermənistan hökuməti və hüquq-mühafizə orqanlarının ciddi təzyiqinə məruz qalıblar. Azərbaycan mətbuatında sülh təşəbbüsünə dəstəklə bağlı açıq bəyanatından dərhal sonra Dağlıq Qarabağda gənc şairə Lusine Nersisyan müvəqqəti saxlanılıb. Bundan əlavə İrəvanda digər vətəndaş fəalı – Azərbaycan hakimiyyətindən siyasi sığınacaq almaq məqsədi ilə müraciət edən Armen Virabyanın qohumları görünməmiş təqiblərə məruz qalıblar. Təqib və təzyiqə həmçinin İrəvandan olan fəal Tamella Arzumanyan və ABŞ-dan olan yazıçı Anna Paytyan, habelə onların qohumları məruz qalıblar.  

Yuxarıda qeyd olunanlara əsaslanaraq, Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma adından beynəlxalq ictimaiyyəti aşağıdakıların həyata keçirilməsi üçün səyləri artırmağa çağırırıq:

1. Ermənistan və Azərbaycan arasında Sülh naminə Platformaya dəstəyi ifadə edən erməni fəallara qarşı repressiya və təzyiqlərin qarşısının alınması;

2. Dağlıq Qarabağda yaşayan gənc yazıçı Lusine Nersisyana qarşı təqiblərin dayandırılması;

3. Almaniyada yaşayan vətəndaş fəalı Armen Virabyanın ailə üzvlərinə və yaxınlarına təzyiqlərin dayandırılması;

4. Gənc fəal Tamella Arzumanyan və onun ailə üzvlərinin sıxışdırılmasının dayandırılması;

5. ABŞ-da yaşayan yazıçı Anna Paytyanın ünvanına səslənən təhdidlərin dayandırılması;

6. İki ölkənin sıravi vətəndaşlarının, ictimai fəalların, QHT-lərin Platformaya qoşulmasının təşviq edilməsi.

Müraciəti Ermənistan tərəfindən: hüquq müdafiəçisi, yazıçı Vaqe Avetyan, “Ermənistanın Milli Azadlıq Hərəkatı” ictimai birliyinin lideri Vaan Martirosyan, jurnalist, “Meridian” ictimai birliyinin sədr müavini Süzan Caqinyan, Ermənistan Yazıçılar İttifaqının üzvü Vaaqn Karapetyan, vətəndaş fəalları Anait Sinanyan, Armen Karapetyan və Tamella Arzumanyan;

Azərbaycan tərəfindən isə Dağlıq Qarabağın Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev, Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov, jurnalist, “İctimaiyyətlə əlaqələrin inkişafına dəstək”  ictimai birliyinin sədri Şəlalə Həsənova, “Dilarə Əliyeva adına Azərbaycan qadınlarının hüquqlarının müdafiəsi Cəmiyyəti”nin sədri Novella Cəfərova, vətəndaş fəalı Pərvanə Məmmədova, Azərbaycan Jurnalistlər İttifaqının sədr müavini Rasim Ağayev və Avrasiya Press Beynəlxalq Fondun sədri Umud Mirzəyev imzalayıblar.

1news.az

Paylaş:
537

Son xəbərlər

Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12
Bütün xəbərlər