Maykl Cekson haqqında çəkilmiş seriala qadağa qoyuldu – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Maykl Cekson haqqında çəkilmiş seriala qadağa qoyuldu – VİDEO

21:10 - 13 / 01 / 2017
Maykl Cekson haqqında çəkilmiş seriala qadağa qoyuldu – VİDEO

Böyük Britaniyanın “Sky Arts” kanalı “Şəhərin əfsanələri” adlı serialın mərhum müğənni Maykl Ceksona həsr edilmiş bölümünün yayımını ləğv ediblər.

1news.az-ın məlumatına görə, buna səbəb mərhum müğənninin 18 yaşlı qızı Peris Ceksonun ağdərili bir aktyorun filmdə atasını canlandırmasına əsəbiləşməsidir.

“Sky Arts” kanalını kəskin tənqid edən Ceksonun qızı atası haqqında çəkilən seriyanı “biabırçı” adlandırıb.

“İzləyərkən ürəyim bulandı. Məncə, dəyərli insanlara belə zəif qiymət verilməməlidir”- deyə, 18 yaşlı Peris “Tvitter” səhifəsində yazıb.

Nəzərinizə çatdıraq ki, ağdərili aktyor Cosef Finnesin Cekson obrazını canlandırdığı seriyanı 20 mindən çox insan boykot edib.

Qeyd edək ki, “Sky Arts” kanalı “Şəhərin əfsanələri” adlı serial hazırlayıb. Serialın hər bölümü ayrı-ayrı məşhurların həyatından bəhs edir.

Maykl Ceksona həsr edilmiş serialın dayandırılmasından sonra Bob Dilan, Timoti Liri və Adolf Hitlerə həsr edilmiş serialların aqibətinin necə olacağı isə naməlumdur.

1news.az

 

Paylaş:
1122

Son xəbərlər

Bütün xəbərlər