Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ilin ilk sosial kampaniyasını keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ilin ilk sosial kampaniyasını keçirib – FOTO

22:23 - 13 / 01 / 2017
Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ilin ilk sosial kampaniyasını keçirib – FOTO

Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ildə ilk sosial kampaniyasını keçirərək vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı xidmətlərini təqdim edib.

Komitədən 1news.az-a verilən məlumata görə, 13 yanvar tarixində Sumqayıt şəhərində baş tutan “Kütləvi çıxarış” kampaniyası zamanı vətəndaşlara onlara məxsus əmlaka dair hazır çıxarışlar birbaşa ünvanlarda paylanıb.

70-ə yaxın sakin yaşadıqları ünvandan ayrılmadan komitənin mobil ofislərində (xüsusi nəqliyyat vasitələrində) belə çıxarışları əldə ediblər. Bu çıxarışlar fərdi yaşayış evləri, pay torpağı, mənzillər, həyətyanı torpaq sahələrinə dair verilib. 80-ə yaxın vətəndaş isə əmlakları barədə ilkin mülkiyyət sənədlərini yoxlanması və qəbulu üçün komitənin qeydiyyat ekspertlərinə təqdim edib. Belə sənədlərə aktlar, şəhadətnamələr, qeydiyyat vərəqələri, kolxoz və sovxoz əmrləri, sovet dövründə verilmiş müxtəlif tipli mülkiyyət sənədləri və texniki pasportlar aiddir. Bu sənədlər yerindəcə yoxlanılıb, qəbul edilib, ehtiyac olduqda zəruri sənədlərin alınması qaydası barədə istiqamət verilib. Vətəndaşlardan götürülən ilkin sənədlər növbəti mərhələdə çıxarışla əvəz olunaraq yenidən onlara təqdim olunur.

Kamapniyada iştirak edən Sumqayıt sakinləri prosesin sadə və rahat olmasından məmnunluqlarını ifadə ediblər. Hüquqi yardım aksiyası çərçivəsində isə qeydiyyat barədə vətəndaşları maraqlandıran suallar aydınlaşdırılıb, zəruri hüquqi qaydalar izah edilib.

Kampaniya zamanı vətəndaşlara bildirilib ki, komitənin belə sosial tədbirlərinin məqsədi xidmətləri vətəndaşlara maksimum rahat və operativ şəkildə çatdırmaqdır. Çıxarış alınması və digər sənədləşdirmə işləri zamanı vətəndaşın ayrı-ayrı qurumlara, ərazi idarələrinə müraciət etməməsi üçün komitə belə addımları atır. Bu isə öz növbəsində vaxt itkisinin və əlavə prosedurların qarşısını almaqla vətəndaş razılığının yüksəlməsinə gətirib çıxarır.

Kampaniyadan faydalanmaq istəyən şəxslər 148 saylı çağrı mərkəzinə zəng vura bilər (148 daxili 1 sonra 5). Kampaniyanın və mobil ofis xidmətinin keçirildiyi aylıq qrafik komitənin rəsmi internet səhifəsində yerləşdirilir.

Ümumiyyətlə, komitə vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində innovasiyaların tətbiqinə xüsusi yer ayrırır. Belə yeniliklərə Kütləvi çıxarış kampaniyasıvə  mobil ofis xidmətləri ilə yanaşı, “bir pəncərə” sistemi, hüquqi yardım xidməti, elektron, onlayn və SMS xidmətlər daxildir. Sonuncu innovativ addım isə Komitənin yenicə ictimaiyyətə açıqladığı və istifadəyə verdiyi “Əmlakın qeydiyyatı Kalkulyatoru”dur. Belə ki, komitənin rəsmi saytında (emdk.gov.az) yaradılan bu kalkulyator vətəndaşa sənədləşdirmə prosesində dövlət rüsumu və xidmət haqqını elektron qaydada, öncədən öyrənməyə imkan verir. Bu isə həm daha da sadələşmə, həm də vaxta qənaət deməkdir. Məbləğin əvvəlcədən dəqiq bilinməsi sənədləşdirmə işində operativ qərarverməni, bu iş üçün zəruri xərcləri dəqiq planlaşdırmağı təmin edir.

Qeyd edək ki, kampaniya ilə yanaşı, bütün respublika üzrə fərdi qaydada mobil ofis xidmətləri əhaliyə təqdim olunur. Mobil ofis xidmətlərinin ən üstün cəhətlərində biri də onun bütün rayonları və kəndləri əhatə etməsidir. Bu xidmətlərə ilkin sənədlərin toplanması, çöl - ölçmə və inventarlaşdırma işləri, hüquqi maarifləndirmə və digər xidmətlər daxildir.

Nəticə etibarilə bütün bu tədbirlər daşınmaz əmlakın qeydiyyatının sadələşməsinə, daha çevik və rahat qeydiyyat aparılmasına geniş şərait yaradır. Belə kampaniyalar il boyunca daha intensiv şəkildə və respublikanın şəhər və rayonlarını, kənd və qəsəbələrini əhatə etməklə davam etdiriləcək.

1news.az

 

Paylaş:
635

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər