Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat keçirilib - FOTO

15:49 - 14 / 01 / 2017
Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat keçirilib - FOTO

Daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirib və nəticədə odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxslər zərərsizləşdirilib.

1news.az lent.az-a istinadən xəbər verir ki, daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakini Zeynalabdin Əzimov Gəncə şəhəri ərazisində "AK" markalı silahı və 17 ədəd patronu 2000 manata satarkən tutulub.

Z.Əzimov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunub. İlkin ifadəsi zamanı saxlanılan şəxs odlu silah-sursatı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyini və sataraq gəlir əldə etmək istədiyini etiraf edib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah-sursat satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb. Belə ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Samir Zülfüqarov "AK" markalı silahı, patron darağını və 11 ədəd patronu 1000 manata satarkən tutulub.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1news.az

 

Paylaş:
623

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər