Bərdədə 13 yaşlı yeniyetmə döyülərək öldürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə 13 yaşlı yeniyetmə döyülərək öldürülüb

17:58 - 14 / 01 / 2017
Bərdədə 13 yaşlı yeniyetmə döyülərək öldürülüb

Bərdə rayonunda qətl hadisəsi baş verib.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şorkanal ərazisində baş verib.

Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Həsrət Sabir oğlu Mirzəməmmədov naməlum şəxs tərəfindən döyülürək öldürülüb.

Qeyd edək ki, ailə həmin ərazidə təsərrüfat işləri ilə məşğul olurmuş. Yeniyetmə də orada mal-qara otarırmış.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər