Sabah da yağış yağacağı gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah da yağış yağacağı gözlənilir

12:39 - 14 / 01 / 2017
Sabah da yağış yağacağı gözlənilir

15 yanvarda gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli keçəcəyi, axşam isə yağış yağacağı gözlənilir.

Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitininəsasən yağmursuz keçəcəyi, axşam şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta,  gündüz 0-5 dərəcə isti olacaq.

1news.az

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər