Şəhid Fikrət Bəşirov Astaranın Şahağacı kəndində dəfn olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid Fikrət Bəşirov Astaranın Şahağacı kəndində dəfn olunacaq

13:39 - 15 / 01 / 2017
Şəhid Fikrət Bəşirov Astaranın Şahağacı kəndində dəfn olunacaq

Şəhid Fikrət Bəşirov bu gün doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacaq.

1news.az APA-ya istinadən xəbər verir ki, Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1980-ci il təvəllüdlü Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Bu gün şəhidin doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, şəhid müddətdən artıq hərbi qulluqçu olub.

1news.az

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər