Bakıda avtbosu qəza törətdi: 4 maşın əzildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtbosu qəza törətdi: 4 maşın əzildi

14:21 - 15 / 01 / 2017
Bakıda avtbosu qəza törətdi: 4 maşın əzildi

Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol qəzası baş verib.

1news.az lent.az-a istinadən xəbər verir ki, Xəqani küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində (Axundov kitabxanasının qarşısı) “Xaliq Faiqoğlu” şirkətinə məxsus 61 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə “Mitsubishi Pajero” toqquşub.

Nəticədə idarəetmədən çıxan minik avtomobili yolun kənarında dayanmış digər 3 avtomobilə çırpılıb. Avtobus və 4 avtomobil əzilib.

Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

1news.az

Paylaş:
746

Son xəbərlər

Bütün xəbərlər