Fransa xarici işlər naziri Trampın arzusunu təxribat adlandırıb | 1news.az | Xəbərlər
Dünya

Fransa xarici işlər naziri Trampın arzusunu təxribat adlandırıb

17:57 - 15 / 01 / 2017
Fransa xarici işlər naziri Trampın arzusunu təxribat adlandırıb

Fransa xarici işlər naziri Jan-Mark Eyro ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək niyyətini təxribat adlandırıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Fransa xarici işlər naziri hadisələrin bu cür inkişafının ən ağır nəticələrə gətirib çıxaracağını vurğulayıb.

Jan-Mark Eyro deyib ki, ABŞ-da bu məsələ ilk dəfə gündəmdə deyil:

“Ancaq hələ heç bir ABŞ prezidenti bu və ya digər məqamda belə bəyanatlar vermələrinə baxmayaraq, bu barədə qərar qəbul etmək mərhələsinə getməyiblər”.

1news.az

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər