Milli Məclis sabahdan işə başlayır | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclis sabahdan işə başlayır

18:43 - 15 / 01 / 2017
Milli Məclis sabahdan işə başlayır

Milli Məclis deputatlarının qış tətili başa çatıb.

1news.az XəzərXəbər-ə istinadən xəbər verir ki, yanvarın 1-dən tətilə çıxan deputatlar sabahdan işə başlayacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar 15 gün məzuniyyətdə olublar.

Yanvarın 16-dan etirbarən Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirəcək.

Milli Məclisin yaz sessiyasının ilk iclası isə fevral ayının 1-də baş tutacaq. Qanunvericiliyə uyğun olaraq, yaz sessiyası fevralın 1-dən mayın 31-dək qədər davam edir.

1news.az

Paylaş:
735

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər