Şəhid Fikrət Bəşirov dəfn edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid Fikrət Bəşirov dəfn edilib - FOTO

18:20 - 15 / 01 / 2017
Şəhid Fikrət Bəşirov dəfn edilib - FOTO

Şəhid Fikrət Bəşirov bu gün dəfn olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak ediblər.

Şəhid Astaranın Şahağacı kənd qəbiristanlığında yayılım atəşi ilə son mənzilə yola salınıb

Qeyd edək ki, F. Bəşirov müddətdən artıq hərbi qulluqçudur. Onun qız övladı beş gün əvvəl dünyaya göz açıb.

1news.az

 

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər