Ordumuzun əsgəri şəhid oldu | 1news.az | Xəbərlər
Siyasət

Ordumuzun əsgəri şəhid oldu

12:19 - 15 / 01 / 2017
Ordumuzun əsgəri şəhid oldu

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

1news.az

Paylaş:
660

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər