Qətər Fondu IV İslam Oyunlarına dəstək verməyə hazırdır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qətər Fondu IV İslam Oyunlarına dəstək verməyə hazırdır - FOTO

17:35 - 16 / 01 / 2017
Qətər Fondu IV İslam Oyunlarına dəstək verməyə hazırdır - FOTO

Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul edib.

Komitədən 1news.az-a verilən məlumata görə, görüşdə ölkələr arasında mövcud olan ikitərəfli münasibətlər müzakirə olunub.

İki ölkənin uğurla inkişaf edən münasibətlərinə toxunan Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanla Qətər üzvü olduqları İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və ikitərəfli istiqamətdə yüksək səviyyədə əməkdaşlıq edirlər. Eyni zamanda, Komitə sədri Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin dünyada İslam həmrəyliyinin gücləndirilməsinə nail olacağına əminliyini vurğulayıb. O qeyd edib ki, “İslam Həmrəyliyi İli” münasibətilə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Qətər Dövlətinin səfiri Azərbaycan xalqının milli-mənəvi, dini dəyərlərinə sadiq olduğunu, ölkəmizdə hökm sürən tolerant və multikultural mühitdən məmnunluğunu bildirib. Azərbaycan və Qətər arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Qətər və Azərbaycanın dost ölkələr olduğunu və əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən səfir münasibətlərin daha da dərinləşdiyini vurğulayıb.

Diplomat Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini İslam ölkələri arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə olacağına əminliyini vurğulayıb, “İslam Həmrəyliyi İli” və IV İslam Oyunları çərçivəsində həyata keçiriləcək tədbirlərə Qətər Fondunun da daim dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

1news.az

Paylaş:
652

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər