Maralgöldə kef məclisi quranlar cəzalandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Maralgöldə kef məclisi quranlar cəzalandırıldı

18:19 - 16 / 01 / 2017
Maralgöldə kef məclisi quranlar cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Maralgöldə təbiətə qarşı qanunazidd münasibət göstərən şəxslərlə bağlı məlumat yayıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Göygöl Milli Parkının Maralgöl ərazisində 3 yanvar 2017-ci il tarixində müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yayılan görüntüləri dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən təhlil edilib və qanunu pozan 7 nəfərdən ibarət qrupun dairəsi tam müəyyən olunaraq şəxsiyyətləri dəqiqləşdirilib.

Qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq İnzibati Xətalar Məcəlləsinə əsasən onların hər biri 600 manat olmaqla ümumilikdə 4200 manat məbləğində cərimə edilib.

Eyni zamanda Göygöl Milli Parkının Maralgöl sahəsinin mühafizəsinə cavabdeh olan 2 əməkdaşı tutduğu vəzifədən azad edilib, Milli Parkın direktoruna isə töhmət verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl bir qrup şəxs Toğana kəndi istiqamətindən dolayı yollarla  atlar vasitəsi ilə qanunsuz olaraq Göygöl Milli Parkının ərazisinə daxil olub və Maralgöldə, icazə verilməyən yerdə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.

1news.az

Mövzu ilə əlaqədar:

Maral göldə kef məclisi təşkil edənlər cəzalandırılacaq - Nazirlikdən açıqlama

 

Paylaş:
507

Son xəbərlər

RİNN-in saytında COP 29-la bağlı bölmə yaradılıb04 / 11 / 2024, 17:52İstanbulda “Səninləyik, Türkiyə” kitabının təqdimatı keçirilib04 / 11 / 2024, 17:50İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək04 / 11 / 2024, 17:47Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi04 / 11 / 2024, 17:31Rəşad Məcid: “Yeni telekanalda yüksək səviyyəli komanda formalaşdırılıb”04 / 11 / 2024, 17:23Maya Sandu 55,41 faiz səslə qalib gəlib04 / 11 / 2024, 17:14Kapital Bank-ın dollar istiqrazlarına maraq böyükdür04 / 11 / 2024, 17:12ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq04 / 11 / 2024, 17:10AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb04 / 11 / 2024, 16:52Bakıda restoranda yanğın olub04 / 11 / 2024, 16:45Mastercard və ABB dayanıqlılıq hakatonuna başlayır04 / 11 / 2024, 16:24COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək - RƏSMİ04 / 11 / 2024, 16:22ADY ötən ilin rekordunu təzələyir - 6,9 milyondan çox sərnişin daşınıb04 / 11 / 2024, 16:09Leysan yağacaq, çaylardan sel keçəcək - Növbəti iki günlə bağlı XƏBƏRDARLIQ04 / 11 / 2024, 15:52Xəzərdə Azərbaycan-İran birgə təlimi keçirilib - FOTO04 / 11 / 2024, 15:42Hərbi prokuror hərbi qulluqçularla görüşüb04 / 11 / 2024, 15:36İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb04 / 11 / 2024, 15:19Dönərin bişirildikdən sonra yararlılıq müddəti 12 saata qədər müəyyən edilib04 / 11 / 2024, 14:24YPX avtomobilləri də texniki baxışdan keçirildi - VİDEO04 / 11 / 2024, 14:10Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarıldı04 / 11 / 2024, 14:02
Bütün xəbərlər