3 700-dən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

3 700-dən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

20:13 - 16 / 01 / 2017
3 700-dən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək resurslarının rəqabət qabiliyyətinin artırılması yönündə tədbirlərin davamı olaraq, ötən il 3 702 nəfər şəxs əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

1news.az-ın məlumatına görə, onlardan 3 352 nəfər, o cümlədən 143  nəfər əlilliyi olan şəxs üçün nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Bu dövrdə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən peşə hazırlığı kurslarına cəlb edilən gənclərin sayı isə 350 nəfər təşkil edib. Mərkəzdə peşə hazırlığı kursları dövründə sağlamlıq imkanları məhdud gənclərin burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı da həyata keçirilib.

Ümumilikdə 2016-cı ildə nazirlik tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 3 702 nəfərin 493 nəfəri (13,3 faiz) əlilliyi olan şəxslərdən ibarət olub.

Kurslarda kompyuter istifadəçisi, mebel quraşdırıcısı, əməliyyatçı mühasib, dərzi, elektrik montyoru, qənnadçı, bərbər, xalçaçı, avtomobil təmiri üzrə çilingər, elektrik qaynaqçısı və s. peşələr tədris olunub. Peşələrin öyrədilməsi prosesində  çevik və daha səmərəli peşə təlimi metodologiyasından ibarət olan modul tədris üsulundan da geniş istifadə edilib. Kursları bitirənlərə peşə sertifikatları verilib.

Gənclərin əmək bazarının tələbləri nəzərə alınmaqla gələcək peşə və ixtisas seçimini düzgün aparmaları məqsədilə peşəyönümü tədbirləri də davam etdirilib. Bir sıra hallarda valideynlərin də iştirakının təmin edildiyi bu tədbirlər vasitəsilə ötən il böyük əksəriyyəti orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 117 244 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

1news.az

 

Paylaş:
557

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər