Paris konfransı: iki dövlətli həll prinsipi 70 ölkə tərəfindən yenidən təsdiq edilib | 1news.az | Xəbərlər
Siyasət

Paris konfransı: iki dövlətli həll prinsipi 70 ölkə tərəfindən yenidən təsdiq edilib

10:13 - 16 / 01 / 2017
Paris konfransı: iki dövlətli həll prinsipi 70 ölkə tərəfindən yenidən təsdiq edilib

Dünən Parisdə keçirilən Yaxın Şərqdə sülh konfransının iştirakçıları İsrail-Fələstin münaqişəsində iki dövlətli həll prinsipinə sadiq olduqlarını bir daha təsdiq ediblər və hər hansı bir tərəfdən görüləcək birtərəfli tədbirləri tanımayacaqlarını bəyan ediblər.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Paris konfransının yekun bəyannaməsində bildirilir.

Yetmiş ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdən sonra verilən bəyanatda yeni ABŞ Administrasiyasının təklifləri, xüsusilə Donald Trampın ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək barədə təklifi ilə bağlı heç bir aydın qeyd yoxdur.

Bəyanatda, həmçinin bu ilin sonunadək maraqlı ölkələrin iştirakı ilə monitorinq iclasının keçiriləcəyi də vurğulanıb.

1news.az

Paylaş:
636

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər