İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb – FOTO

22:30 - 16 / 01 / 2017
İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb – FOTO

Yanvarın 16-da Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından Dünya İqtisadi Forumunda on dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün qəbul təşkil olunub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak edib.

Dövlətimizin başçısı İlham Əliyev tədbir çərçivəsində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb.

Xatırladaq ki, ötən il Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim etmişdi.

1news.az

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər