Misir prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mükafatı təqdim edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Misir prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mükafatı təqdim edilib – FOTO

11:26 - 16 / 01 / 2017
Misir prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mükafatı təqdim edilib – FOTO

Misir Ərəb Respublikasına Prezidenti Əbdülfəttah əs-Sisi bölgədə və Ərəb dünyasında terrorla mübarizədəki roluna görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) mükafatı ilə təltif olunub.

1news.az-ın məlumatına görə, mükafat Prezident Sarayında NGBM-in nüymayəndə heyətinin iştirakı ilə keçirilən xüsusi mərasimdə Əbdülfəttah əs-Sisiyə təqdim edilib.

Misir prezidenti bu mükafatı yüksək qiymətləndirərək NGBM-in ailəsinə qəbul olunmasından məmnunluğunu bildirib. Əbdülfəttah əs-Sisi Mərkəzin müxtəlif sivilizasiyalar və dinlər arasında tolerantlıq və dialoq dəyərlərini müdafiə etməyə çağıran mesajını təqdir edib, xüsusilə Qahirədə təşkil edilən NGBM-in XI Ali Səviyyəli Toplantısının və müzakirə edilən mövzuların region üçün əhəmiyyətini xüsusi vurğulayıb:

“Misirdə belə bir inam var ki, terrorizm təhlükəsinin məğlub edilməsi təhlükəsizlik və hərbi aspektlərlə məhdudlaşmır, hərtərəfli strategiya tələb edir, demokratiyanın intellektual təməllərini rədd etmək və demokratiya dəyərlərini dəstəkləmək üçün görülən işləri genişləndirməyi, bundan əlavə dinlərin tolerant dəyərlərininin təşviqi və başqa dəyərlərə hörmətlə yanaşmanı tələb edir”.

Görüşdə Misir prezidentinə V Qlobal Bakı Forumunda iştirakı ilə bağlı NGBM-in dəvəti çatdırılıb. Əbdülfəttah əs-Sisi artıq Davos İqtisadi Forumunun siyasi alternativinə çevrilən Qlobal Bakı Forumunmda ölkəsinin ali səviyyədə təmsil olunacağını bildirib.

Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdə NGBM-in həmsədri İsmail Seragəldin, Makedoniya prezidenti Geroge İvanov, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın keçmiş prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq hökumət başçısı Zlatko Laqumciya, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Albaniyanın sabiq prezidenti Rexhep Meydani, Rumıniyanın sabiq dövlət başçısı Emil Konstantinesku, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko, Livanın keçmiş prezidenti Amine Gemayel, Moldovanın sabiq dövlət başçısı Petru Luçinski, Nigeriyanın eks-prezidenti Olusegun Obasanjo, Xorvatiyanın keçmiş prezidenti İvo Josipoviç, Ekvadorun eks-prezidenti Rosalia Arteago, İordaniyanın keçmiş baş naziri Taher Masri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, NGBM-in baş katibi Rövşən Muradov və təşkilatın digər üzvlərindən ibarət nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ilin sentyabrında xalqlar və mədəniyyətlər arasında bilik, tolerantlıq, dialoq və anlaşmanı inkişaf etdirmək məqsədilə yaradılıb.

1news.az

Paylaş:
691

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər