Avtomobildən 18000 ədəd siqaret aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobildən 18000 ədəd siqaret aşkar edildi

23:25 - 16 / 01 / 2017
Avtomobildən 18000 ədəd siqaret aşkar edildi

Avtomobilində qanunsuz yolla külli miqdarda siqaret aparmaq istəyən şəxs saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük  hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında  Qazax rayonu ərazisində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerindən xaricdə istehsal olunan və  Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18000 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər