Təyyarə qəzasına görə Qırğızıstanda matəm elan olunacaq
Yanvarın 17-də Qırğızıstanda matəm günü elan olunacaq.
1news.az xəbər verir ki, bu barədə APA-ya Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov bildirib.
O, səfirlikdə dövlət bayrağının endirildiyini və 17-18 yanvar tarixində səhər və axşam saatlarında səfirlikdə xatirə kitabının açılacağını söyləyib.
Qeyd edək ki, Türk Hava Yollarına məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb, 7-si uşaq olmaqla, 11 nəfər yaralanıb.
1news.az
544