Əhməd Sami Elaydi: “İslam Həmrəyliyi İli” İslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdür | 1news.az | Xəbərlər
Siyasət

Əhməd Sami Elaydi: “İslam Həmrəyliyi İli” İslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdür

13:24 - 17 / 01 / 2017
Əhməd Sami Elaydi: “İslam Həmrəyliyi İli” İslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdür

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi təsadüfi deyil. Azərbaycan dünya dövlətləri, xüsusilə İslam ölkələri ilə yaxşı əlaqələr qurub. Bu qərar Azərbaycanda 2016-cı ildə elan olunmuş “Multikulturalizm İli”nin məntiqi davamı hesab edilir. “İslam Həmrəyliyi İli” İslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdür.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Azərbaycanda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi bildirib.

O deyib ki, son illər Azərbaycanın dünya ölkələri ilə, beynəlxalq təşkilatlarla əlaqələrində mühüm inkişaf müşahidə olunur. Azərbaycan bu inkişafa həm də özünə şüar seçdiyi tolerantlıq və multikulturalizm, birgəyaşayış dəyərləri sayəsində nail olub. Əsrlərdir Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri birgə yaşayırlar və bu ölkədə heç vaxt ayrı-seçkilik hallarına rast gəlinməyib. Əksinə, hər bir insan hiss edir ki, o, vahid fikirli bir ailənin içərisindədir. Şübhəsiz, Azərbaycanın müsəlman ölkələrinin yaxınlaşması, bu ölkələrlə dostluq əlaqələrinin yaradılmasında oynadığı rol Prezident İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsinə haqq qazandırır.

Əhməd Sami Elaydi qeyd edib ki, Azərbaycanın İslam dünyası ilə əlaqələrini inkişaf etdirməyə önəm verməsinin bariz göstəricisi onun bu il Dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsidir. Bu mühüm beynəlxalq hadisə təkcə idman tədbiri deyil, həm də siyasi, ictimai və mədəni hadisədir. Məlumdur ki, həmrəylik əməkdaşlıq, qarşılıqlı yardım, bir-birini dəstəkləmək deməkdir. Azərbaycan daim İslam ölkələrinə əməli dəstək göstərir, hər hansı müsəlman ölkəsində baş verən böhranların aradan qaldırılmasına yardım edir. Azərbaycan hər zaman sübut edib ki, İslam dünyasının problemləri ilə yaxından maraqlanan, müsəlman aləminin birliyinə çalışan bir ölkədir. Azərbaycan bütün dünyaya nümunə göstərir ki, müsəlman ölkələri bir-biri ilə münaqişə edən ölkələr deyil, əksinə inkişaf etmiş, bir-biri ilə həmrəy olan ölkələrdir. Azərbaycan keçmişlə müasirliyi özündə birləşdirir, Şərqlə Qərb arasında körpü rolunu oynayır. Bu ölkədə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri sülh şəraitində yaşayırlar.

Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda şiə və sünni müsəlmanları Qafqazın ən böyük məscidi olan Heydər məscidində bir yerdə vəhdət namazı qılıblar.

Mərkəzin direktoru bildirib ki, “İslam Həmrəyliyi İli” Azərbaycanın İslam dünyasını narahat edən bütün problemlərin həllində əməkdaşlığa, İslam həmrəyliyinə can atmasının bariz sübutudur. Azərbaycan, həmçinin bununla bütün dünyaya İslam ölkələrinin həmrəyliyi, inkişafı ilə bağlı nümunə təqdim edir. Təbii ki, bu il çərçivəsində görüləcək işlərin müsəlman ölkələrinin birliyinə, onların tərəqqisinə böyük təsiri olacaq.

1news.az

Paylaş:
678

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər