Novruz Məmmədov: Nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər ədalətli olardı | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: Nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər ədalətli olardı

13:45 - 17 / 01 / 2017
Novruz Məmmədov: Nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər ədalətli olardı

Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov şəxsi Facebook səhifəsində yanvarın 10-da Rusiyanın Soçi şəhərində start götürən 28-ci Beynəlxalq  KVN festivalına  Dağlıq Qarabağ separatçı rejimini təmsil edən komandanın dəvət edilməsi məsələsinə münasibət bildirib.

1news.az-ın məlumatına görə, separatçı rejimi təmsil edən “С хлебом и солью” və “DeleYaman” komandalarının festivaldan kənarlaşdırılması ilə bağlı fikirlərini bölüşən PA rəsmisi təşkilatçıları belə bir qərarın ölkə başçısının tapşırığından sonra atıldığını etiraf etməyə çağırıb.

“Bir neçə gündür ölkə mətbuatında Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır. Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər onda ədalətli olardı”- deyə, N.Məmmədov vurğulayıb.

Qeyd edək ki, yanvarın 10-da Rusiyanın Soçi şəhərində 28-ci Beynəlxalq  KVN festivalı start götürüb. Ermənistan yarışın seçmə mərhələsinə ümumilikdə 5 komanda ilə qatılıb. Bu komandalardan  2-si Xankəndini, 2-si Ermənistanı, 1-i isə “Ermənistan yığması” adı altında Moskvanı təmsil edib.

Azərbaycan tərəfinin etirazlarından sonra qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandaları yarışdan kənarlaşdırılıblar.

1news.az

 

Paylaş:
592

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər